29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xameneinin bəyanatı Ukraynanı narahat edib

21.07.2022

Biz İran rəhbərliyinin Rusiya Federasiyasının Ukraynaya təcavüzünü dolayısı ilə əsaslandıran bəyanatlarına diqqət yetirdik. Rusiyanın aqressiv hərəkətləri ilə razılaşmaq onu Ukrayna xalqına qarşı əsassız müharibəni davam etdirməyə həvəsləndirməklə yanaşı, həm də digər ölkələrdə sülh və təhlükəsizliyin pozulmasına zəmin yaradır.

"DM" xəbər verir ki, bu sözləri Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko İran Ali dini lideri Əli Xameneinin bəyanatına münasibət bildirərkən deyib.

Qeyd edək ki, İran Ali dini lideri Xamenei Rusiyanın Ukrayna ərazisində əslində NATO ilə müharibə apardığını bildirmişdi.