29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

II İlya: "Gürcüstan və Azərbaycan ağır günləri bir yerdə keçib"

21.07.2022

"Gürcüstan və Azərbaycan çətin və ağır günləri bir yerdə keçib".

Bunu Gürcüstan Patriarxı II İlya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşdə deyib.

Onun sözlərinə görə, hər iki dövlət və xalq bütün çətinliklərin öhdəsindən gələ bilib, ümumi rifah naminə əsas məqsədlərə nail olunub.

Patriarx QMİ sədri ilə görüş fürsətindən şad və xoşbəxt olduğunu bildirib. O, şeyxülislamdan Azərbaycan Prezidenti İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevaya salamlarını çatdırmasını xahiş edib.

II İlya Azərbaycanın dövlət başçısını şəxsən tanıdığını, onunla dostluq əlaqələrinin olduğunu və bir neçə dəfə görüşdüyünü böyük məmnunluqla qeyd edib.