29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Almaniyada ölən azərbaycanlının nəşi yandırıla bilər

21.07.2022

Almaniyanın Bayroyt şəhərində yaşayan azərbaycanlı koronavirusdan vəfat edib.

"DM" xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Məlumata görə, söhbət Eldar Nizami oğlu Xəlilovdan gedir. Belə ki, vətəndaş vəfat edib, lakin nəşi morqda saxlanılır.

Qeyd olunur ki, həmyerlilərimiz Eldar Xəlilovun yaxınlarını axtarırlar. Soydaşımızın nəşinin Vətənə gətirilməsi üçün kömək lazımdır.

Onu da qeyd edək ki, iddialara görə, müəyyən müddət ərzində şəxsin ailə yaxınları tapılmazsa, meyit yandırıla bilər. Bu isə müsəlman qaydalarına ziddir.