29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Allahşükür Paşazadə Gürcüstana gedib

21.07.2022

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstana rəsmi səfər edib.

"DM" xəbər verir ki, QMİ sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları və Gürcüstan Patriarxlığının nümayəndələri Tbilisidə Heydər Əliyev adına parkda ülu öndərin büstünü ziyarət ediblər, önünə əklil qoyaraq xatirəsini ehtiramla anıblar.

Səfər çərçivəsində Şeyxülislam A.Paşazadə Ümumgürcüstan Katolikos-Patriarxı II İlya ilə görüşəcək. QMİ sədrinin həmçinin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Gürcüstan Prezidenti Salome Zurabişvili, parlament sədri Şalva Papuaşvili ilə də görüşləri planlaşdırılıb. O, Tbilisi Cümə məscidinə də baş çəkəcək, Gürcüstanın azərbaycanlı icmasının nümayəndələri ilə görüş keçirəcək.

Səfər iyulun 23-də başa çatacaq.