General: ABŞ bu təyyarələri Ukraynaya göndərəcək  
    
                          
     
                         21.07.2022
 
    
                        Amerikalılar tezliklə Ukraynaya Qərb istehsalı olan döyüş təyyarələri göndərə bilər.
"DM" xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələrinin qərargah rəisi, general Çarlz Braun deyib.
"ABŞ istehsalı, "Gripen”, "Eurofighter” və "Rafales” təyyarələri var. Nəticə etibarı ilə Ukraynaya göndərilə biləcək bir sıra müxtəlif silah sistemləri mövcuddur. Göndəriləcək təyyarələr Rusiya istehsalı olmayacaq. Amma Ukraynaya hansı təyyarələrin göndəriləcəyini deyə bilmərəm”, - general bildirib.