29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Beynəlxalq Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzində olublar

21.07.2022

İyulun 22-də Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən Şuşa şəhərində təşkil olunacaq Beynəlxalq Media Forumda iştirak məqsədilə Azərbaycanda səfərdə olan nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub.

"DM”-nın xəbərinə görə, 20-dək ölkədən olan xarici media nümayəndələri və ekspertlərdən ibarət heyətə dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqda məlumat verilib.

Heyətə bildirilib ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin tədqiqi və təbliği, Azərbaycanın tarixi və mədəniyyətinin, milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması, eləcə də dünya mədəniyyəti nümunələrinin ölkəmizdə tanıdılması istiqamətində fəaliyyət göstərir.

Mərkəzdə həmçinin Heydər Əliyev Muzeyinin yaradıldığı vurğulanıb. 2013-cü ildən fəaliyyət göstərən Muzeydə ümummilli lider Heydər Əliyevin həyat yolu haqqında maraqlı faktlar foto və videomateriallar vasitəsilə qonaqlara təqdim edilib.

Qonaqlar həmçinin "Mini Azərbaycan” sərgisi ilə tanış olublar. Tanışlıq zamanı bu ekspozisiyada Bakıda və Azərbaycan regionlarındakı tarixi memarlıq abidələri və bir sıra müasir binaların maketlərinin nümayiş etdirildiyi diqqətə çatdırılıb.