29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-da Rusiyaya qarşı sanksiyalardan yayınanlar mafiya hesab oluna bilərlər

21.07.2022

"Anti-Rusiya sanksiyalarından yayınan təşkilatlar cinayətkar hesab edilməlidir”.

Bunu ABŞ Maliyyə Nazirliyi rəhbərinin müavini Liza Monako deyib.

Onun sözlərinə görə, Maliyyə Nazirliyi sanksiyalardan yayınanlara keçmişdə mafiyaya yanaşıldığı kimi yanaşmaq üçün icazə almaq niyyətindədir. Belə ki, bu, "bütün şəbəkəni” təqib etməyə imkan verəcək.

"Biz Konqresdən xahiş edirik ki, bizə reketliklə mübarizə qaydasından istifadə etməyə, bu oliqarxlara və sanksiyalardan yayınanlara qarşı cinayət təşkilatları kimi davranmağa icazə versin”, - deyə Monako bildirib.

Maliyyə Nazirliyinin rəhbər müavini eyni zamanda bir daha Konqresdən ABŞ-da müsadirə olunmuş Rusiya əmlakının ukraynalı qaçqınların xeyrinə verilməsini xahiş edib.

Mənbə: İzvestiya