06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Siz hamınız Rusiyanı bəsləyirsiniz”- deyə, onları acıladı

28.09.2018

"Haber" agentliyinin verdiyi xəbərə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT BA-nın 73-cü Qurultayı çərçivəsində ABŞ prezidenti Donald Trampın təşkil elədiyi yemək süfrəsində nə üçün iştirak etmədiyini açıqlayıb. 
Türkiyə prezidenti ölkəsinin mavi qaz tələbatının 50 faizini Rusiyadan aldığını qeyd edib."Brüsseldəki NATO zirvəsində cənab Tramp iştirakçılara "siz hamınız Rusiyanı bəsləyirsiniz”, "Almaniya olaraq bu qədər pul verirsiniz” dedi. Bizdən danışmadı. Bizə nəzakət göstərdi. Mən yenə də dayana bilmədim. "Cənab prezident, biz təbii qazımızın 50 faizini Rusiyadan alırıq. Əgər bunu etməsək, insanlarımız soyuqdan öləcək” söylədim” – deyə, Ərdoğan aydınlıq gətirib. Daha sonra onun ardınca Almaniya Kansleri də Ərdoğanın addımını davam etdirib. Merkel də "təbii qazın 38 faizini Rusiyadan alırıq və xalqımı üşüdə bimərəm” söyləyərək, oranı tərk edib.