SN: Azərbaycan COVİD-lə bağlı yeni dalğanın başlanğıcındadır  
    
                          
     
                         20.07.2022
 
    
                        					"COVİD-19-la bağlı yeni bir dalğanın başlanğıcındayıq”.
"DM" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov bildirib. Onun sözlərinə görə, yaxın vaxtlarda yoluxma hallarının artacağı gözlənilir:
"İnsanlara tövsiyə edirik ki, formalaşmış pandemiya vərdişlərini yenidən hiss edək. Bu dalğa uzunmüddətli olmayacaq. Burada bir neçə həftədən söhbət gedir. Arxayınlaşıb ətrafınızdakıları və özümüzü təhlükəyə atmayaq”.