Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub 
    
                          
     
                         20.07.2022
 
    
                        Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Bu barədə  Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Telefon danışığı zamanı, iki qardaş ölkə arasında əlaqələrin hazırki səviyyəsi və Cənubi Qafqazdaki vəziyyət müzakirə edilib.