02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ANAMA Ağalıya köçürülən əhali üçün maarifləndirmə təlimlərinə başlayıb

20.07.2022

"Qarabağa Böyük Qayıdış” layihəsi çərçivəsində Zəngilanın Ağalı kəndinə köçürülən əhali üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən mərhələli şəkildə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimləri keçirilməyə başlanılıb.

ANAMA-dan verilən xəbərə görə, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonu üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilən təlimlərin məqsədi Ağalı sakinlərinin kəndin ətrafında fəaliyyət göstərəcəkləri zaman təhlükəsiz davranış qaydaları ilə tanış etməkdir.

2022-ci il 1 iyul tarixindən Bakı şəhərində mərhələli şəkildə başlayan təlimlər ənənəvi olaraq Zəngilan rayonunda davam etdirilir. Təlimlərdə vətəndaşlara mina təhlükəsinin izahı, şübhəli ərazilərin əlamətləri, tanış olmayan ərazilərdə davranış qaydaları, xəbərdarlıq nişanları, eləcə də təhlükə haqda məlumat vermə istiqamətləri barədə təlimatlar verilir. Təlimlər zamanı iştirakçılara xəbərdaredici və maarifləndirici qaydalar əks olunan broşur və posterlər paylanılır.

Hər bir vətəndaş bilməlidir ki, öz nizam-intizamlı, məsuliyyətli və sayıq davranışı ilə baş verə biləcək bəxbəxt hadisələrdən həm özünü, həm də yaxınlarını qorumuş olacaq.