02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nabrandakı zəhərlənmə ilə bağlı daha bir rəsmi açıqlama

20.07.2022

Prokurorluq Nabranda istirahət mərkəzində 11 nəfərin zəhərlənməsi ilə bağlı açıqlama verib.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Xaçmaz rayonu ərazisində yerləşən istirahət mərkəzlərinin birində qida zəhərlənməsi ilə əlaqədar 11 nəfər xəstəxanaya müraciət edib, 6 şəxsə ambulator qaydada tibbi yardım göstərilərək evə buraxılıb, 5 nəfərin isə hazırda stasionar qaydada müalicəsi davam etdirilir:

"Vəziyyətləri normal qiymətləndirilir.

Hazırda faktla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırma aparılır.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə istirahət mərkəzindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib"