03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

OBA-ya bu xanım rəhbərllik edəcək

20.07.2022

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan OBA marketlər şəbəkəsinə İdarə Heyətinin sədri vəzifəsinə Natəvan İbrahimova təyin edilib.

"DM" Qaynarinfo.az-a istinadən xəbər verir ki, Natəvan İbrahimova karyerasına 2005-ci ildə "Veysəloğlu Distribusiya” şirkətində proqram inzibatçısı kimi başlayıb və müxtəlif illərdə büdcələmə və hesabatvermə, xərclərə nəzarət sahələri üzrə rəhbər vəzifələrdə işləyib. O, 2014-cü ildə Maliyyə Direktoru vəzifəsinə yüksəlib. Natəvan İbrahimova eyni zamanda böyük rəqəmsal transformasiya mərhələsində olan Veysəloğlu Şirkətlər Qrupundakı SAP layihəsinə rəhbərlik edib.

Qeyd edək ki, 2016-2022-ci (iyul, 2022) illər ərzində "OBA” marketlər şəbəkəsinin rəhbəri vəzifəsini icra edən Vüsal Şərifov hazırda Veysəloğlu Şirkətlər Qrupunda Müşahidə Şurasının üzvü olmaqla yanaşı, startaplar, yeni biznes və inkişaf layihələrinin idarəedilməsinə cavabdehdir.