03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İrakli Qaribaşvili Türkmənistan Prezidenti ilə görüşüb

20.07.2022

Gürcüstan Baş naziri İrakli Qaribaşvili Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşüb.

"DM" xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri "Twitter"də bildirib.

Türkmənistan Prezidenti ilə səmərəli danışıqların keçirildiyini bildirən Gürcüstan hökumət başçısı görüşdə ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün yeni imkanların müzakirə olunduğunu qeyd edib.

"Qarşılıqlı faydalı məqsədlərə nail olmaq, Gürcüstanın strateji coğrafi mövqeyinin potensialını araşdırmaq üçün layihələri dəstəkləmək gündəmimizdə prioritet idi", - Qaribaşvili bildirib.