02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda bu quruma maskasız giriş qadağan edilib

20.07.2022

Bu gündən Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasına giriş zamanı tibbi maskadan istifadə tələb olunur.

"DM" Oxu.az-a istinadən xəbər verir ki, maska tələbinə səbəb son günlər koronavirusa yoluxma hallarının artması ilə əlaqədar Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskaların taxılmasını, sosial məsafənin gözlənilməsini, təmasların azaldılmasını, respirator gigiyena qaydalarına əməl olunmasını təkidlə tövsiyə etməsidir.

Belə ki, bu gündən etibarən Bakı Ağır Cinayətlər Məhkəməsinin işçilərinə, eləcə də məhkəmə binasına daxil olan şəxslərin tibbi maskadan istifadə etməsi tapşırılıb. Binaya maskasız daxil olmağa icazə verilmir.

Məsələ ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsindən bildirilib ki, Azərbaycanda son günlər COVID-19 infeksiyasının yayılması ilə əlaqədar neqativ dinamika izlənilir.

Məlumatda qeyd edilib ki, yoluxanların sayında artım və yoluxan şəxslərin sağalanlarla nisbətdə üstünlük təşkil etməsi müşahidə olunur:

"Ölkəmizin səhiyyə qurumları vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskaların taxılmasını, sosial məsafənin gözlənilməsini, təmasların azaldılmasını, respirator gigiyena qaydalarına əməl olunmasını təkidlə tövsiyə edir. Bakı Ağır Cinayətlər Məhkəməsi də bu tövsiyələrə uyğun olaraq, eyni zamanda məhkəmə iclas zallarında sıxlıqla əlaqədar tibbi maskalardan istifadə etməyi məhkəmə istifadəçilərinə tövsiyə edir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin rəhbərliyinin göstərişi ilə artıq bu gündən bütün məhkəmə istifadəçiləri üçün maskadan istifadə məcburidir”.