Medvedyev: Sülh bizim şərtlərimizlə olacaq 
    
                         .jpg) 
     
                         19.07.2022
 
    
                        Rusiya Ukraynada bütün məqsədlərinə çatacaq.
"DM" xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev Teleqram hesabında qeyd edib.
ABŞ-ı Kiyevə silah verməkdə ittiham edən Medvedyev Vaşinqtonu "beynəlxalq terrorizmin sponsoru” adlandırıb.
"Rusiya bütün məqsədlərinə çatacaq. Sülh bizim şərtlərimizlə olacaq”, - Medvedyev vurğulayıb.