İranla “Qazprom” 40 milyardlıq saziş imzalayıb  
    
                          
     
                         19.07.2022
 
    
                        İran Milli Neft Şirkəti (NIOC) və Rusiyanın "Qazprom” şirkəti təxminən 40 milyard dollar dəyərində anlaşma memorandumu imzalayıb.
"DM" xəbər verir ki, bu barədə "Şana” məlumat yayıb.
Sənəd NIOC-un baş direktoru Möhsün Xocəstəmehr və "Qazprom”un Vitali Markelov tərəfindən onlayn mərasim zamanı imzalanıb.
Sənəddə Kiş və Şimali Pars yataqlarının işlənilməsi, Cənubi Pars yatağında təzyiqin artırılması, 6 neft yatağının işlənilməsi, qaz məhsullarının mübadiləsi, LNG layihələrinin başa çatdırılması, ixrac qaz kəmərlərinin çəkilməsi və digər elmi-texniki əməkdaşlıq nəzərdə tutulur.