29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycandan Avropa bazarlarına sürtkü yağlarının ixracına başlanılıb

19.07.2022

Azərbaycan istehsalı olan sürtkü yağlarının Avropa bazarlarına ixracına başlanılıb. İqtisadi Zonaların İnkişafı Agentliyindən "APA-Economics”ə verilən məlumata görə, məhsul İspaniya, eləcə də Bosniya və Herseqovinaya tədarük olunur.

Ümumilikdə bu ölkələrə 5 min ton həcmində məhsul göndərilib.

Məhsul Sumqayıt Kimya Sənaye Parkında Almaniya və İtaliya texnologiyası əsasında istehsal olunur.

Hazırda zavodda istehsal olunan müxtəlif çeşiddə sürtkü yağları və antifriz dünyanın 30-a yaxın ölkəsinə ixrac edilir. İnvestisiya dəyəri 15 mln. ABŞ dolları olan müəssisədə 150 nəfər daimi işlə təmin edilib.