29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Qarabağ”dan azarkeşlərə müraciət

19.07.2022

Ağdamın "Qarabağ” klubu bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində İsveçrənin "Sürix” komandası ilə keçirəcəyi ilk oyunla əlaqədar azarkeşlərə müraciət edib.

"DM" xəbər verir ki, klub fanatlara qarşılaşmaya göstərdikləri marağa görə sonsuz təşəkkürünü bildirib.

Azarkeşlərə oyuna gələrkən təhlükəsizlik tədbirlərinə əməl etmələri xahiş olunub:

"Nəzərə alın ki, içəri keçdikdən sonra arenanı tərk edən azarkeşlər matç bitənədək yenidən stadion ərazisinə qayıda bilməyəcəklər. Bundan başqa, biletinizdə göstərilən sektor, sıra və yerlərdə əyləşməyiniz rica olunur. Hər birinizə bu qaydalara riayət edəcəyiniz üçün indidən minnətdarıq! Gəlin, ötən oyundakı rekordumuzu yeniləyək!”

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ”-"Sürix” görüşü saat 20:00-da başlanacaq.