29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyalı ekspert: “Üçtərəfli sammitdə Qarabağ mövzusuna toxunulacaq”

19.07.2022

"Bu gün İranın paytaxtı Tehranda keçirilən Rusiya, İran və Türkiyə liderlərinin üçtərəfli sammitində Qarabağ mövzusuna toxunulacaq”.

Bunu  rusiyalı politoloq Yevgeni Mixaylov deyib.

"Fikrimcə, Ermənistan və Azərbaycan arasında gərginliyin tam şəkildə azaldılması məsələsi, şübhəsiz ki, Rusiya, İran və Türkiyə liderləri arasında müzakirə olunacaq. Hesab edirəm ki, onlar 2020-ci ilin noyabrında sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı əldə edilmiş razılaşmaların yerinə yetirilməsi üçün İrəvana diplomatik yolla təzyiq göstərilməsindən ötrü birgə təşəbbüslər irəli sürəcəklər. Xüsusilə də vacib olan nəqliyyat dəhlizlərinin, onlar arasında ən əhəmiyyətlisi olan Zəngəzur dəhlizinin açılması məsələsində. Bu problemin həlli təkcə ölkələr arasında ticarət dövriyyəsini artırmayacaq, həm də regiona sülh, Ermənistana isə rifah gətirəcək, - E.Mixaylov bildirib.

Onun sözlərinə görə, indiki şəraitdə yalnız qonşu ölkələr öz iqtisadi və siyasi müstəqillikləri ilə bağlı məsələləri həll etməlidir:

"Heç kəs buna mane ola bilməz. Bundan əlavə, Ermənistanın ATƏT-in Minsk qrupunun fəaliyyətini canlandırmaq cəhdlərini həm Rusiya, həm də Türkiyə və İran rədd edir”.

Rusiya Prezidenti Vladimir Putinin İrana səfərini şərh edən Mixaylov deyib ki, bunu indiki vəziyyətdə son dərəcə aktual və vaxtında həyata keçirilən səfər kimi qəbul edir:

"Qeyd etmək istərdim ki, Rusiya dövlət başçısı danışıqlar üçün düşmənlərinin yanına getmir. Buna görə də həm İran, həm də Türkiyə prezidenti onun üçün yaxşı tərəfdaşlardır”.

O vurğulayıb ki, daim ABŞ sanksiyaları altında olan İranın bununla bağlı Rusiya Prezidenti ilə bölüşəcəyi çox məsələlər var.