29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İlham Əliyev Ursula von der Leyenin səfərinin nəticələrini müsbət qiymətləndirib

19.07.2022

Prezident İlham Əliyev Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula von der Leyenin Azərbaycana səfərinin nəticələrini müsbət qiymətləndirib.

"DM" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Prezident İlham Əliyev səfər əsnasında Ursula von der Leyen ilə enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını vurğulayıb.

Dövlət başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə aparılan danışıqlar prosesinə toxunub və Ermənistanın 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyini qonaqların diqqətinə çatdırıb.