29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyəli nazir Şuşaya səfər edəcək

19.07.2022

Azərbaycanda səfərdə olan Türkiyənin Ailə və sosial xidmətlər naziri Derya Yanıkın rəhbərliyi ilə nümayəndə heyəti Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib.

"DM" xəbər verir ki, ziyarət çərçivəsində Heydər Əliyevin abidəsi önünə gül qoyulub, daha sonra qonaqlar "Əbədi məşəl" abidəsi və Türk Şəhidliyini ziyarət ediblər. Ziyarətdə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı da iştirak edib.

Ziyarətdən sonra jurnalistlərə açıqlama verən türkiyəli nazir deyib ki, bu gün və sabah Bakıda görüşləri olacaq, sonra isə Şuşaya səfər edəcəklər.

Qeyd edək ki, Türkiyənin Ailə və sosial xidmətlər naziri Derya Yanıkın rəhbərliyi ilə nümayəndə heyəti iyulun 19-21-də Azərbaycanda rəsmi səfərdə olacaq. Səfr çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə görüş nəzərdə tutulub.

Görüşdə əməkdaşlıq istiqamətləri, birgə layihələr müzakirə ediləcək.