08 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Musiqisevərlərə yeni kitab

06.02.2018

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Bilqeyis xanım Məmmədova-Qarayeva haqqında xatirələr. Mənalı ömrün salnaməsi” kitabı nəşr olunaraq musiqisevərlərin ixtiyarına verilib.
Nazirlikdən bildirilib ki, bu kitab Azərbaycan musiqişünaslıq məktəbinin görkəmli nümayəndəsi, həyatını pedaqogika və musiqi elminə həsr etmiş sənətkar Bilqeyis Məmmədova-Qarayeva haqqındadır. Nəşrdə, həmçinin sənətkarın zəngin ömrünün bütün dövrlərini əhatə edən fotoşəkillər verilib.
Kitabın tərtibçi-redaktoru Əməkdar İncəsənət Xadimi, bəstəkar Rəşid Şəfəqdir.
Kitab "Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib. Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara və aidiyyəti müəssisələrə paylanılacaq./azertac/
DM