02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Keosayan: İrəvan Rusiyanın başına bəla olacaq

19.07.2022

Rusiyanın başına Ukrayna kimi yeni bəlanın Ermənistan tərəfindən açılmaması üçün Kreml indidən hərəkətə keçməlidir. Ermənistanda rusyönümlü hakimiyyət yaradılmalıdır. Əks təqdirdə İrəvan da Rusiyanın başına bəla olacaq. Bu prosses kənardan idarə olunur və əsas məqsəd Rusiyanı çökdürməkdir.

"DM" xəbər verir ki, bu fikirləri məşhur rusiyalı kinorejisor, ermən əsilli aktyor Tiqran Keosayan bildirib.

"Rusiya düşünməlidir. Deyək ki, Ukraynada müharibə bitdi, sonra necə olacaq? Kreml düşünməlidir ki, Kiyev hakimiyyətində kim oturacaq... Bu taktika bizə yaxın olan, amma siyasətləri 2 və ya daha çox oturacaqda əyləşmək olan (Ermənistan – red.) digər respublikalarda da tətbiq olunmalıdır. Biz orada rusyönümlü siyasətçilərə dəstək olmalıyıq. Rusiyanı çökdürmək ideyası Ukrayna ilə bitməyəcək. Ona görə Kreml hərəkətə keçməlidir”, - deyə o qeyd edib.