09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Direktor aktrisa Gülnar Əlizadənin ölümündən DANIŞIB

18.07.2022

"Dünən günün ikinci yarısı halı pisləşib. Yeməkdən sonra özünü pis hiss edib, ağzından köpük gəlib”.

Bunu Qaynarinfo-ya açıqlamasında Bakı Uşaq və Gənclər Teatrının direktoru İntiqam Soltan aktrisa Gülnar Əlizadənin ölümündən danışarkən deyib. Onun sözlərinə görə, aktrisaya ürək çatışmazlığı diaqnozu qoyulub:

"Dərhal təcili yardım çağırıblar. Deyəsən, təcili yardım gec gəlib. Xəstəxanaya aparıblar. Orada dünyasını dəyişib. Həkimlər ona ürək çatışmazlığı diaqnozu qoyublar, amma bir azdan konkret ölüm səbəbi açıqlanacaq”.

İntiqam Soltan bildirib ki, aktrisanın iki yaşında qızı qalıb:

"Çox tərbiyəli, nümunəvi bir aktrisa idi. 29 yaşı vardı. Kollektiv olaraq çox pis olmuşuq, övladını itirən ata necə olar, indi mən də eləyəm”.

Qeyd edək ki, Bakı Uşaq və Gənclər Teatrının 29 yaşlı aktrisası Gülnar Əlizadə vəfat edib.