03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Peskov Ukraynadakı xüsusi əməliyyatın nə vaxt bitəcəyini açıqlayıb

18.07.2022

Rusiyanın Ukraynada xüsusi əməliyyatı bütün hədəflərə nail olunduğu zaman başa çatacaq.

"DM" xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov İranın dövlət teleradio şirkətinə açıqlamasında deyib.

O bildirib ki, hərbi əməliyyatların başa çatdırılacağı konkret vaxt çərçivəsi yoxdur və burada əsas məsələ effektivlikdir.

Peskov Rusiya ordusuna mülki infrastrukturu zədələməmək və mülki itkilərdən çəkinməklə bağlı aydın göstəriş verildiyini vurğulayıb.

Peskov Qərbin Rusiya və İrana tətbiq etdiyi sanksiyalara münasibət bildirərkən qeyd edib ki, bu, hər iki ölkənin müstəqilliyi və suverenliyinin qarşılığında ödədiyi qiymətdir.