03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Polad Həşimovun xatirəsi silsilə tədbirlərlə yad edilib- FOTO

18.07.2022

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib.

"İrəli” İctimai Birliyinin Mətbuat xidmətindən bildirilib ki, tədbirlər proqramına uyğun olaraq İctimai Birliyin nümayəndələri İkinci Fəxri xiyabanda ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət ediblər.

Anım mərasimində qeyd olunub ki, Tovuz döyüşləri dostluq, qardaşlıq, bir-birinə dəstək olmaq, vətənə sədaqət, hərbi anda sadiqlik qələbənin qazanılmasında silahlar qədər önəmli amil oldu. Tovuz hadisələri həmçinin 44 günlük Vətən müharibəsinə gedən yolun başlanğıcı olaraq, ordumuzun qəhrəmanlığı, xalqımızın gücünü bir daha göstərib.

Tədbirlər planı çərçivəsində, həmçinin Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib. Turnirdə 100-ə yaxın "İrəli” gənci birincilik uğrunda mübarizə aparıblar.

Gənclərin intellektual bacarıqlarını inkişaf etdirmək, habelə Tovuz hadisələri, Vətən müharibəsi ilə bağlı biliklərini artırmaq məqsədilə "Nə? Harada? Nə zaman?” intellektual oyunu baş tutub. 30 komandadan ümumilikdə 150-ə yaxın gəncin iştirakı ilə baş tutan intellektual oyunda qalib komandalar şəhadətnamə və müxtəlif dəyərli hədiyyələrlə təltif ediliblər.