03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şoyqu Rüstəm Muradova tapşırıq verib - Video

18.07.2022

Əsas prioritet Ukrayna qoşunlarının mülki şəxslərə, buğda tarlalarına, taxıl anbarlarına zərbələr endirmək üçün istifadə etdiyi uzaqmənzilli silahların məhv edilməsidir.

"DM" Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu səsləndirib.

"Ordu generalı Sergey Şoyqu Ukraynada "Şərq” qrupunun komandiri general-leytenant Rüstəm Muradova düşmənin uzaqmənzilli raketlərinin və artilleriyasının yüksək dəqiqlikli silahlarla məhv edilməsi tapşırığını verib”, - deyə Müdafiə Nazirliyindən bildirilib.

Xatırladaq ki, "Şərq” qrupunun komandiri, general-leytenant Rüstəm Muradov düşmən qüvvələrinin darmadağın edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı mövcud vəziyyət və gedişat barədə nazirə məruzə edib.

Bundan əvvəl müdafiə naziri ordu generalı Sergey Surovikinin və general-polkovnik Aleksandr Lapinin rəhbərlik etdiyi "Cənub” və "Mərkəz” qruplarına baxış keçirib.