03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı pianoçu Avropa qalibi oldu - FOTO

15.07.2022

 "DM" media xəbər verir ki, nüfuzlu beynəlxalq müsabiqələr laureatı, pianoçu və gənc bəstəkar Zərrin Şükür İtaliyanın Roma şəhərində keçirilən "SONJA PAHOR" adına XIII Avropa fortepiano müsabiqəsinin qalibi olub.

Müsabiqənin təşkilat komitəsinin rəsmi açıqlamasına görə Zərrin Şükür öz kateqoriyasında ən yüksək bal (91/100) toplamışdır. Zərrin bu müsabiqəyə qatılan ilk azərbaycanlı pianoçudur. Bu müsabiqənin münsiflər heyətində Avropanın nüfuzlu pianoçu-pedaqoqlarından Kristina Kavalli, Viktoriya Terekiyeva, Cilda Butta, Miriam Mariya Di Paskuale Baumann və eləcə də məşhur pianoçu Sonja Pahorun oğlu Marko Torre yer almışdır.
Bu, Zərrinin pianoçu kimi son ay ərzində ikinci uğurudur. Belə ki, o Milanda keçirilən tanınmış pianoçu və pedaqoq Marko Falossinin rəhbərliyi ilə Fasolsi Asossiasiyasının təşkil etdiyi "Concorro per Crescere” müsabiqəsində də bütün münsiflər heyətindən ən yüksək balla qiymətləndirilərək (100/100) qalib seçilmişdir. Hər iki müsabiqədə İtaliya, Fransa, Polşa, İspaniya və digər avropa ölkələrindən pianoçular iştirak edirdi.
Qeyd etmək istərdik ki, Zərrin 10 ildir ki, professional musiqi təhsilini fasiləsiz davam etdirir. Cari ilin iyun ayının 3-də ilk dəfə bəstəkar kimi "Qaranquş” adlı fortepiano pyeslərindən ibarət albomunu Bakı Musiqi Akademiyasının Böyük zalında geniş auditoriyaya təqdim etmişdir.
Zərrinə bol yaradıcılıq uğurları və müvəffəqiyyətlər arzu edirik.