Putin Roqozini “Roskosmos”un rəhbəri postundan azad edib 
    
                          
     
                         15.07.2022
 
    
                        Rusiya Prezidenti Vladimir Putin Denis Manturovun Baş nazirin müavini - sənaye və ticarət naziri postuna təyinatını təsdiqləyib.
"DM" TASS-a istinadən xəbər verir ki, Putinin digər qərarı ilə Baş nazirin digər müavini Yuri Borisov vəzifəsindən azad edilib.
Eyni zamanda, Putin Dmitri Roqozini "Roskosmos”un baş direktoru postundan azad edib.
Roqozini bu vəzifədə Yuri Borisov əvəzləyəcək.