29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

DİM və Təhsil Nazirliyi yeni layihə həyata keçirəcək

15.07.2022

"Biz artıq elə dövrdə yaşayırıq ki, bir ixtisası ömürlük seçmək olmaz”.

"DM"xəbər verir ki, bunu "Yüksəliş” müsabiqəsinin final mərhələsi çərçivəsində təqdim olunan "Müasir çağırışlar və insan kapitalının formalası” mövzusunda təşkil edilən panel müzakirəsində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, indiki dövrdə insanlar 5 dəfə öz seçdiyi sahəni dəyişməli olur:

"Texnologiyalar çox dəyişir. Ola bilsin ki, indi çox məşhur olan ixtisaslar 5 il sonra lazım olmayacaq. İxtisas seçimi yox, fəaliyyət istiqaməti təyin edilməlidir. İnsanlarla, kommunikasiyalarla, təbiətlə işləmək rahatdır?! Bu psixometrik testlərlə ölçülür. Öz-özünü kəşf etmək üçün testlər var. DİM tərəfindən çoxdan individual xidmətlər göstərilir, müraciət edənlərin sayı isə elə də çox deyil. Amma 15-16 yaşlı uşaqlarda bunu etmək üçün Təhsil Nazirliyi ilə layihə həyata keçirəcəyik və bu dövlət layihəsi olacaq. Biz təfəkkürü dəyişmək üçün bunu etməliyik”.