28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Havada toz dumanı müşahidə olunur

15.07.2022

Atmosfer havası üzrə avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən bu gün havada dispers toz hissəcikləri Bakının Nizami rayonunda 1.5, Səbail rayonunda 1.4, Xətai rayonunda isə 1,6 dəfə normadan çox olub.

"DM" xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O deyib ki, müşahidə olunan tozlu hava şəraiti lokal xarakterlidir:

"Belə ki, güclü şimal-qərb küləyinin təsirindən torpağın üst quru səthində formalaşan toz kütlələri ətrafa yayılır”.

Gülşad Məmmədova qeyd edib ki, küləkli hava şəraiti günün sonunadək davam edəcək:

"İyulun 17-si axşam saatlarından yenidən şimal küləyinin arabir güclənəcəyi ilə əlaqədar havada tozun miqdarının normadan çox olacağı və 19-u axşamadək davam edəcəyi gözlənilir”.