28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

BMT Azərbaycana Gender bərabərliyi üzrə MFP-nin qəbul edilməsini tövsiyə edib

15.07.2022

BMT-nin Əhali Fondu Azərbaycana Gender bərabərliyinə dair Milli Fəaliyyət Planının qəbul edilməsini tövsiyə edib.

"DM" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Fərid Ədilov "BMT-nin CEDAW Konvensiyasının həyata keçirilməsinə dair 6-cı dövrü məruzəsi”nin yekun tövsiyələri barədə məlumat verərkən deyib.

O bildirib ki, tövsiyələrin sırasında stereotiplər və zərərli təcrübələrin aradan qaldırılması da var:

"Yəni, ailədə qadın və kişilərin rolları və məsuliyyətləri ilə bağlı ayrı-seçkilik stereotiplərini aradan qaldırmaq üçün icma və dini liderləri, müəllimləri, qızları və oğlanları, qadınları və kişiləri hədəf alan - onlayn sahə daxil olmaqla - hərtərəfli strategiya və gender transformasiyası proqramlarının hazırlanması tövsiyə edilib. Bundan başqa, ədliyyə, polis və digər hüquq-mühafizə orqanları arasında gender stereotiplərinin aradan qaldırılması, bütün qadınlara, xüsusən də məişət zorakılığı qurbanlarına pulsuz hüquqi yardımın təmin edilməsi və yalnız aztəminatlı qadınlarla məhdudlaşdırılmaması kimi məqamlar da tövsiyələr sırasında yer alıb”.