27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-dan Ankaraya qadağa, Dehliyə yaşıl işıq

15.07.2022

İyulun 14-də ABŞ Konqresinin Nümayəndələr Palatası Sanksiyalara Dəyişiklik Aktını təsdiqləyib. Bu, Hindistana Rusiyadan S-400 zenit-raket kompleksinin alınmasına görə sanksiyalardan yayınmağa imkan verəcək.

"DM" xəbər verir ki, bu barədə Hindistanın "Press Trast of India” (PTI) agentliyi məlumat yayıb.

"Düzəliş Hindistan əsilli demokrat Ro Xanna tərəfindən təqdim edilib. Sənəd Ağ Ev administrasiyasını Çinin eskalasiyası fonunda Hindistanı sanksiyalardan azad etməyə çağırır”, - PTI-nin məlumatında deyilir.

Qeyd edək ki, Nümayəndələr Palatası ötən gün Türkiyənin F-16 qırıcılarını almasını əngəlləyən dəyişikliyi qəbul edib.