29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Cəbrayılda “Azərsun”un əməkdaşı minaya düşüb

14.07.2022

İyulun 14-ü saat 13 radələrində Cəbrayıl rayonunun işğaldan azad olunmuş ərazisində 1996-cı il təvəllüdlü Şamil Məmmədovun minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cəbrayıl Rayon Prokurorluğunda aparılan ilkin araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan "Azərsun holdinq”in sürücüsü Şamil Məmmədovun rayonun Dağ Tumas kəndi ərazisində yük maşını ilə hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hazırda faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.