09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sürücülər Ağsu aşırımından keçməyəcəklər

27.09.2018

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov jurnalistlərə Bakı-Şamaxı-Yevlax yolunun sürüşmə zonasından kənarlaşdırılması barədə  məlumat verib.
Qurum rəhbəri bildirib ki, ümumilikdə yol 1-ci və ikinci texniki dərəcəli yol kimi yenidən qurularaq istifadəyə verilib: "Bu yol artıq ikinci dərəcəli, iki hərəkət zolaqlı yol kimi yenidən qurulub sürücülərin istifadəsinə verilib. Bu yolda cəmi 39 kilometrlik yol qalıb ki, həmin ərazi də əsasən Ağsu aşırımı olmaqla sürüşmə zonasına düşür. Bura sürüşmə zonası olduğu üçün Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq ərazidə geoloji kəşfiyyat işləri aparılır. Məqsəd həmin sürüşmə zonasından yan keçməklə yolu birləşdirməkdir. Artıq həmin 39 kilometri çıxmaqla, Bakıdan Yevlaxa qədər olan yol tam yenidən qurularaq istifadəyə verilib. Yol Bakıdan Şamaxıya qədər 1-ci texniki dərəcəli, qalan hissəsi isə ikinci texniki dərəcəyə uyğun istifadəyə verilib".