29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Latviyalı nazir Azərbaycana gəlib

14.07.2022

Latviyanın kənd təsərrüfatı naziri Kaspars Herhards Azərbaycanda işgüzar səfərdədir.

"DM" xəbər verir k, bu barədə Latviyanın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində onun Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının həmsədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə görüşləri planlaşdırılıb.

İyulun 15-dək davam edəcək səfərin əsas məqsədi iki ölkə arasında qida təhlükəsizliyi, meşəçilik, kənd təsərrüfatı sahələrində təhsil və elmi tədqiqatlar üzrə ikitərəfli əməkdaşlığın gələcək inkişafını müzakirə etməkdir.