29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna Baş Qərargahı: “Rusiya ordusunda komandir çatışmazlığı var”

14.07.2022

Rusiya qoşunlarında Ukraynaya qarşı müharibədə iştirakdan imtina və ciddi itkilər səbəbindən komandir çatışmazlığı var.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı xəbər verir.

Qeyd olunur ki, söhbət Rusiya Federasiyasının Mərkəzi Hərbi Dairəsindən gedir:

"Mövcud məlumata görə, Mərkəzi Hərbi Dairənin 2-ci Əlahiddə Ümumqoşun Ordusunun bölmələrində taqım komandirlərinin şəxsi heyətinin səviyyəsi aşağı olaraq qalır. Səbəb xeyli itkilər və Ukrayna ərazisində döyüş əməliyyatlarında iştirakdan imtinadır”.

Həm də bildirilir ki, Ukrayna ərazisində işğalçıların qida ilə təmin olunmaması hallarının baş verməsi ilk dəfə deyil.

Mənbə: RBC-UKRAİNA