29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

50 erməni əsgərin meyiti ortada qalıb

14.07.2022

Ermənistan Azərbaycanın döyüş gedən ərazilərində ölən əsgərlərinin meyitlərinin bəzilərinin hələ də kimə aid olduğunu müəyyən edə bilməyib.

"DM" xəbər verir ki, bu barədə Ermənistan hökumətinin yaydığı məlumatdan aydın olur.

Belə ki, Ermənistan Səhiyyə Nazirliyinə "ehtiyat fonddan” 31,1 milyon dram ayrılması nəzərdə tutulur. Həmin vəsait tapılan əsgər meyitlərinin qalıqlarının DNT analizlərinə sərf ediləcək.

Ermənistanda əsgər meyitlərinin qalıqlarının tanınması üçün DNT analizləri aparılması işinə USAİD ciddi dəstək verib. Hətta 100-dən çox meyit qalığının xarici ölkələrdə analizlərinin aparılmasının maliyyəsini də USAİD qarşılayıb.

Bildirilib ki, daha 50 meyit qalığının kimə məxsus olduğunu tapmaq mümkün olmadığından, onların Niderlanda göndərilməsinə qərar verilib. Hökumət isə bunun maliyyələşməsi üçün yalnız indi pul ayırıb.

Qeyd edək ki, bundan ötrü cəmi 75 min dollar pul lazımdır.