29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zəngilanda ağaclıq ərazi yanır - VİDEO

14.07.2022

Zəngilan rayonu, Rəzdərə kəndi ərazisində yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Bununla bağlı FHN məlumat yayıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının quru ot, kol-kos və seyrək ağaclıq ərazidə baş verdiyi məlum olub.

Görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb. Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğınla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub.

Əlavə məlumat veriləcək.