29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İntihardan öncə Elvin deputatdan nə xahiş etmişdi?

13.07.2022

Milli Məclis sədrinin müavini Adil Əliyevlə birlikdə Vətən müharibəsi qazisi Elvin Cəfərovun yas mərasimində iştirak etmək üçün hazırda Sabirabad rayonundayıq.

"DM" xəbər verir ki, bu sözləri Sabirabadın deputatı Kamal Cəfərov sosial şəbəkə hesabında qeyd edib.

"Elvin Cəfərovun intiharı hər birimizi dərindən sarsıtdı. Qurban bayramı günü digər qazilərimizlə birgə Elvinlə də görüşmüşəm, bayramlaşmışıq (Fotosu təqdim edilir - red.). Görüşdə ailə üzvünün məktəbdə işə qəbulu ilə bağlı xahiş etdi. Görüşdən sonra Elvin mənimlə bir daha əlaqə saxlayaraq, dayısı oğlunun da bank sektorunda işə düzəlməsini xahiş etdi, dayısı ilə də danışmışam.

Elvinin anası Rüqəyyə xanımı da yaxşı tanıyıram. Elvinin evinə də getmişəm. Elvin özü də Milli Məclisdə olub”, - deyə o bildirib.