03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran XİN: Ceyhun Bayramovun Tehrana səfəri uğurlu və konstruktiv idi

13.07.2022

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Tehrana səfəri uğurlu və konstruktiv idi.

Bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib.

O deyib ki, İran və Azərbaycan arasında əlaqələr çoxşaxəli və müştərək əməkdaşlıq prinsiplərinə əsaslanır:

"Sevindirici haldır ki, hər iki ölkə rəsmilərinin iradəsi əlaqələrin inkişaf etdirilməsindən yanadır”.

İran və Azərbaycan arasında müştərək əməkdaşlıqdan danışan Kənani qeyd edib ki, iki ölkə enerji, tranzit və digər sahələrdə əlaqələrin inkişafına dair danışıqlar aparır.