02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ölkəmizdə bu benzin də bahalaşıb

13.07.2022

Ölkəmizdə bu benzin də bahalaşıb

"DM" xəbər verir ki, bunu Report-a açıqlamasında "SOCAR Petroleum" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.

Onun sözlərinə görə, xarici ölkələrdən Azərbaycana idxal edilən Aİ-95 premium və Aİ-98 super markalı benzinin qiymətində dəyişiklik baş verib:

"Dəyişikliyə əsasən, cari ilin iyul ayının 12-dən 13-nə keçən gecə Aİ-95 Premium markalı benzinin satışı 2,00 AZN-dən, Aİ-98 markalı benzinin satışı isə 2,30 AZN-dən həyata keçirilməyə başlanıb”.

Ü.Həbibbəyli bildirib ki, ötən ildən etibarən neft qiymətlərinin kəskin artımı, həmçinin dünyada baş verən inflyasiya fonunda nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə yüksəlməsi, sözügedən qiymət dəyişikliyini şərtləndirən ən böyük amillərdəndir.