03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hindistanda güclü yağışlar həyatı iflic edib

13.07.2022

Hindistanın cənub-qərbində güclü leysan nəticəsində ölkənin müxtəlif ştatlarında azı 18 nəfər ölüb.

Güclü yağış Telanqana, Qucarat, Maharaştra və Madhya Pradeş ştatlarında həyatı alt-üst edib. Daşqınlar Karnataka ştatında da qeydə alınıb. Şiddətli yağışlar səbəbindən bir çox ərazinin hələ də su altında qaldığı və torpaq sürüşmələrinin davam etdiyi Assamın şərqində vəziyyət çətin olaraq qalır.

Hindistan paytaxtının bir sıra rayonlarında da daşqınlar qeydə alınıb. Çərşənbə axşamı musson yağışları Yeni Dehli yollarında nəqliyyatın hərəkətini iflic edib. Meteoroloqlar növbəti gün də çox yağış yağacağını proqnozlaşdırırlar.

Mənbə: TASS