02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Ukrayna və Rusiya taxıl ixracı ilə bağlı razılaşmanın iki addımlığındadır"

13.07.2022

Kiyev və Moskva taxıl ixracı ilə bağlı razılaşmanın iki addımlığındadır.

"DM"xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba "El Pais"ə müsahibəsində deyib.

"Ukrayna öz taxılını beynəlxalq bazara çıxarmağa hazırdır. Biz müqavilənin son mərhələsindəyik və indi hər şey Rusiya Federasiyasından asılıdır", - Kuleba qeyd edib.

Qeyd edək ki, bu gün İstanbulda Türkiyə, Rusiya Federasiyası, Ukrayna və Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndə heyətləri arasında görüş olacaq. Onlar Ukrayna limanlarında blokadaya alınan taxılın dəniz yolu ilə beynəlxalq bazarlara təhlükəsiz daşınmasını müzakirə edəcəklər.