04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident hərbi təyyarə ilə ölkədən qaçıb

13.07.2022

Şri-Lanka Prezidenti Qotabaya Racapaska iqtisadi krizisdən dolayı başlayan kütləvi etirazlar səbəbindən ölkədən hərbi təyyarə ilə qaçıb.

"DM" xəbər verir ki, BBC Racapaksanın Maldivə xanımı və iki mühafizəçisi ilə uçduğunu təsdiqləyib. Onlar paytaxt Maleyə 03:00-da gəliblər.

Racapaksa ailəsi Şri-Lankanı onillərdir idarə edir, Prezidentin qaçışı ilə bu idarəetməyə son qoyulub.

Onun qardaşı, keçmiş maliyyə naziri Bezil Racapaksa da ölkəni tərk edib və ABŞ-a gedib.

Qeyd edək ki, bundan öncə Racapaksanın 13 iyulda istefa verəcəyi bildirilmişdi. Onun hələ də istefa ərizəsini parlament sədrinə təhvil vermədiyi məlum olub.