03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

KİV: "Ermənistanın XİN-in baş katibi istefaya göndərilə bilər"

12.07.2022

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) baş katibi istefaya göndərilə bilər.

"DM” "Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə yerli "Hraparak” qəzeti yazıb.

Bildirilib ki, XİN başçısı Ararat Mirzoyan nazirliyin hazırkı baş katibi Boris Saakyanı tutduğu vəzifədən azad etmək niyyətindədir. İddiaya görə, onun yerinə nazirin qohumunun təyin ediləcəyi gözlənilir.

Qeyd edək ki, qaydalara görə bu vəzifəni yalnız 10 illik diplomatik təcrübəsi olan mütəxəssislər tuta bilər.

Hakim "Mülki müqavilə” fraksiyasından olan deputat Vaqarşak Akopyan da "Diplomatik xidmət haqqında” qanuna dəyişiklik edilməsi haqqında layihə ilə çıxış edib. Dəyişikliklərə əsasən, bu vəzifə ilə bağlıdiplomatik xidmət üçün tələb olunan staj həddinin 5 ilə endirilməsi təklif edilir.

Xatıladaq ki, Saakyan 2021-ci ilin iyulunda Vaaqn Melikyanın gedişindən sonra baş katib vəzifəsinə keçib.