04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanın 3 rayonunda qaz kəsiləcək

12.07.2022

"Gəncə-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 4 zolağa genişləndirilməsi” layihəsi ilə bağlı "Qaz İxrac” İdarəsinə məxsus "Qazıməmməd-Qazax” I xətt magistral qaz kəmərinə yeni çəkilmiş qaz xətlərinin birləşdirilməsi ilə bağlı təmir işləri görüləcək.

"DM" xəbər xverir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” məlumat yayıb.

Məlumata görə, bununla bağlı bu gündən başlayaraq 3 gün ərzində Gədəbəy rayonunun tam, Şəmkir və Tovuz rayonlarının isə bir hissəsinin qaz təchizatında fasilə yaranacaq. Sabah saat 09:00-dan 2 gün müddətində Tovuz rayonunun tam, iyulun 15-dən isə 2 gün müddətində Tovuz rayonunun bir hissəsinin, sabah saat 09:00-dan isə 3 gün müddətində Ağstafa rayonunun tam olaraq qaz təchizatında fasilə yaranacaq.