21 09 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Gürcüstanda məmurlar hakim partiyadan istefa verib

11.07.2022

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının dörd bələdiyyədə dövlət vəzifələri tutan 4 üzvü istefa verib.

"DM" xəbər verir ki, Laqodexi, Çiatura, Tercola və Axaltsixe bələdiyyələrinin yerli hakimiyyət orqanlarının nümayəndələri partiya sıralarını tərk ediblər.

Laqodexi bələdiyyəsi sədrinin müavini Giorgi Qambaşidze, Çiatura şəhər şurasının üzvü Nikoloz Samxaradze, Tercola şəhər şurasının sədr müavini Omar Cixvaşvili və Axaltsixe şəhər şurasının sədr müavini Saba Kbilaşvili partiya ilə yanaşı, tutduqları vəzifələrindən də istefa verdiklərini elan ediblər.

Onlar bununla "Gürcü Arzusu”nun sıralarını bu yaxınlarda tərk etmiş və Qərbi Gürcüstanı müharibəyə cəlb etməkdə cəhddə günahlandıran Sozar Subari, Mixeil Kavelaşvili və Dmitri Xundadzeyə dəstəklərini ifadə ediblər.