03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Portuqaliyada genişmiqyaslı meşə yanğını davam edir-VİDEO

11.07.2022

Portuqaliyada dördüncü gündür ki, meşə yanğınlarını söndürməyə çalışırlar.

Yanğının başladığı cümə axşamından bəri təxminən 2500 hektar ərazi yanıb. Bazar gününün sonuna kimi 29 nəfərin xəsarət aldığı məlum olub - 12 yanğınsöndürən və 17 yerli sakin olmaqla əksəriyyəti yüngül xəsarətlər alıb. Təhlükə səbəbindən doqquz kəndin sakinləri təxliyə ediliblər.

Yanğının söndürülməsinə 3000-dən çox yanğınsöndürən və 60 ədəd hava texnikası cəlb olunub. Bazar günü Avropa İttifaqı digər üzv dövlətlərin portuqaliyalı həmkarlarına dəstək göndərə bilmələri üçün xüsusi yardım proqramını aktivləşdirib.

Fəlakət səbəbindən və hava proqnozları yanğınlarla bağlı vəziyyətin pisləşdiyini göstərdiyi üçün Baş nazir Antoniu Koşta Afrikaya səfərini təxirə salıb, ölkə prezidenti isə ABŞ-a səfərini ləğv edib.

Ölkə son günlər davam edən "isti dalğası”ndan əziyyət çəkir. Çərşənbə axşamı bəzi yerlərdə 43 dərəcəyə qədər isti olacağı proqnozlaşdırılıb.